“Space Jam” və “Space Jam ve The China Syndrome” kimi filmlərlə tanınan Hollivud aktyoru Maykl Alaimo 86 yaşında vəfat edib.
News24.az xəbər verir ki, onun ölümünü qızı Qabriella Alaimo Tomas təsdiqləyib.
Ölüm səbəbi hələ müəyyən edilməsə də, rəsmi açıqlamada aktyorun "hüzur içində dünyasını dəyişdiyi" bildirilib.
Onu da qeyd edək ki, Alaimo 60 illik karyerasında kino dünyasından tutmuş televiziyaya qədər bir çox sahədə iz qoyub. Aktyor eyni zamanda “Mr. Mom" və "All I Want for Christmas” kimi filmlərdə də çəkilib.
Günel Məlikzadə
