AZ

Millimiz Sloveniyanı darmadağın etdi - Dünya çempionatında ilk qələbə

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində 2-ci tura start verilib.

Sportinfo.az xəbər verir ki, bu gün daha 8 qarşılaşmadan 7-si keçirilib.

A qrupunda mübarizə aparan Azərbaycan millisi Sloveniya ilə qarşılaşıb. Görüş yığmamızın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandamızın heyətində qolları Elvin Əlizadə, Mirmehti Rzayev, Xətai Bağırov, Kamran Abdullazadə vurublar.

Qrupun digər oyununda isə Mavritaniya Bəhreynlə üz-üzə gəlib. Burada Mavritaniya 2:0 hesablı qələbə qazanıb.

Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi ilk görüşdə Bəhreynlə heç-heçə edib - 1:1.

Seçilən
0
1
sportinfo.az

10Mənbələr