Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində bu gün II tura start veriləcək.
Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında daha 8 qarşılaşma baş tutacaq.
A qrupunda yer alan Azərbaycan millisi Sloveniya ilə qarşılaşacaq. Elşad Quliyevin rəhbərlik etdiyi təmsilçimiz ilk görüşdə Bəhreylə heç-heçəyə (1:1) razılaşıb.
C qrupunda mübarizə aparan Türkiyə yığması isə Ukraynanı sınağa çəkəcək.
Dünya çempionatı iyunun 1-də başa çatacaq.
A qrupu
12:45. Mavritaniya - Bəhreyn
20:45. Sloveniya - Azərbaycan
B qrupu
14:00. Fransa - Özbəkistan
16:30. Çad - Rumıniya
C qrupu
15:15. İngiltərə - Macarıstan
19:30. Ukrayna - Türkiyə
D qrupu
18:15. Bolqarıstan - Hindistan
22:00. Portuqaliya - Slovakiya