Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
D qrupunun 2-ci turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 20:00-da başlayacaq.
Azərbacan millisi seçmə mərhələdə Ukrayna ilə yanaşı, Fransa və İslandiyaya da qarşı mübarizə aparacaq.