İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.Metbuat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 1,4 milyon insanın yaşadığı Sumatra adasında yerləşən Palembang şəhərindən 295 km cənub-qərbdə, ocağı isə 55 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.