AZ

İndoneziya sahillərində zəlzələ baş verib

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib...

Poliqon xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 1,4 milyon insanın yaşadığı Sumatra adasındakı Palembang şəhərindən 300 km cənub-qərbdə olub. Seysmik hadisənin mənbəyi 55 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Poliqon.info 

Seçilən
0
13
poliqon.info

10Mənbələr