Müğənni Nəfəs keçmiş duet ortağı Aqşin Fatehlə bağlı qalmaqallı açıqlama verib.
Bizim.Media xəbər verir ki, bu barədə “Rəngarəng”də danışıb.
O, Aqşinə “Yarəm” mahnısını başqası ilə oxuduğu üçün qəzəblənib: “”Yarəm”ə dəyməsinlər. Ayın 28-i Naxçıvanda bir mağazanın açılışındayıq. Bu açılış həmin hadisədən əvvəl olsaydı, onunla eyni səhnəni paylaşmaq istəməzdim. Çox qəlbimi qırdı. Bundan sonra qəlbimin qırılmağına yol vermək istəmirəm. O vidoenu görməmişdim, fanatlarım atdı ki, “sizinlə oxuduğu mahnını yeni duet ortağı ilə ifa edib”.
Mənim o qızla bir işim yoxdur. Yeni başlayıb, mənim də onun kimi ehtiyacım olub. Ən azından bir kəlmə yazardın, necə ki, mən edirəm. Öz qəlbim kimi düşünürəm hər kəsi.
Mən bura qədər öz əziyyətimlə gəlmişəm. Aqşinin bir mahnısı ilə tanındım. Amma özüm dəfələrlə mahnı çıxarıb, əziyyət çəkirəm. Bu əziyyətimi yeni çıxan duet ortağı ilə mənə söz atıb yerə vurmasın. Məndən böyük olduğu üçün birinci xahiş edirəm, amma məni başa düşməsə, tələb edərəm”.
Sara, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta