AZ

“Naxçıvan” və “Sabah” yarımfinalda

12 yaşa qədər oğlanlar arasında keçirilən U-12 basketbol liqasında pley-off oyunlarına start verilib.

Futbolpress.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş “Naxçıvan” U-12 – “Sərhədçi” U-12 oyununda 40:39 hesablı qələbəyə sevinən tərəf “Naxçıvan” U-12 basketbolçuları olublar.

İkinci pley-off oyununda “Sabah” U-12 və “Neftçi” U-12 komandaları üz-üzə gəliblər. Bu oyunda da mübarizə son saniyələrə qədər davam edib. Görüş “Sabah” U-12 komandasının 43-42 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticələrdən sonra “Naxçıvan” U-12 və “Sabah” U-12 komandaları yarımfinala vəsiqə qazanıblar. Qeyd edək ki, “Sabah” U-12 yarımfinalda NTD U-12 – “Gəncə” U-12 cütünün qalibi ilə, “Naxçıvan” U-12 isə “Sumqayıt” U-12 – “Abşeron” U-12 cütünün qalibi ilə qarşılaşacaq.

Seçilən
0
1
futbolpress.az

2Mənbələr