12 yaşadək oğlanlar arasında keçirilən basketbol liqasında pley-off oyunlarına start verilib.
Offsideplus.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, pley-offda artıq 2 qarşılaşma gerçəkləşib.
Bakı İdman Sarayında baş tutan görüşdə "Naxçıvan" "Sərhədçi"ni 40-39 hesabı ilə məğlub edib.
Digər oyunun da taleyini 1 xal həll edib. "Sabah" "Neftçi"dən üstün olub - 43:42.
Bu nəticələrdən sonra "Naxçıvan" U-12 və "Sabah" U-12 yarımfinala vəsiqə qazanıblar.
"Sabah" U-12 yarımfinalda NTD U-12 - "Gəncə" U-12 cütünün qalibi ilə, "Naxçıvan" U-12 isə "Sumqayıt" U-12 - "Abşeron" U-12 cütünün qalibi ilə qarşılaşacaq.