AZ

Xocalıya köçən sakinlərə evlərinin açarları təqdim edildi – FOTO

Xocalı şəhərinə (1 ailə - 5 nəfər) və Ballıca kəndinə (8 ailə - 29 nəfər) köçürülən ailələrə evlərin açarları təqdim edilib.

Bizim.Media xatırladır ki, bu köç də daxil olmaqla, indiyədək Xocalı şəhərinə 86 ailə (346 nəfər), Xocalının Ballıca kəndinə isə 180 ailə (840 nəfər) köç edib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 40 mindən çox insan yaşayır.










Bizim.Media

Seçilən
0
28
bizim.media

10Mənbələr