AZ

Kriştiano Ronaldo "Əl-Nəsr"lə müqaviləni poza bilər

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo "Əl-Nəsr"lə mövcud müqaviləsini 2026-cı ilin yayına qədər uzatmaq üçün şifahi razılığa gəlsə də, bu razılaşma rəsmi müqaviləyə çevrilməyə bilər.

90deqiqe.Az xəbər verir ki, müqavilənin uzadılması Ronaldoya əlavə 200 milyon avro qazandırmalı idi. Lakin "Əl-Nəsr"in Asiya Çempionlar Liqasından kənarda qalması 40 yaşlı futbolçunu gələcək karyerası ilə bağlı yenidən düşünməyə vadar edib.

Ronaldonun bu şifahi razılaşmadan geri çəkilməsi və müqaviləni pozması real variant olaraq gündəmdə qalır.

Qeyd edək ki, Ronaldo 2023-cü ilin əvvəlində “Əl-Nəsr” klubuna keçib və bu müddət ərzində Səudiyyə Ərəbistanı çempionatında komandasının aparıcı oyunçularından biri olub.

Seçilən
0
18
90deqiqe.az

10Mənbələr