Müasir dövrümüzdə texnologiyanın sürətlə inkişafı süni intellektin gündəlik həyatımızda mühüm rol oynamasına səbəb olub. Artıq bir çox sahədə – təhsildən səhiyyəyə, sənayedən nəqliyyata qədər – süni intellekt sistemləri istifadə olunur və bu da insan fəaliyyətinin səmərəliliyini artırır. Suni intellekt yalnız məhsuldarlığı artırmaqla qalmır, həm də qərar qəbuletmə prosesini asanlaşdıraraq vaxt və resurs itkisinin qarşısını alır. Bu texnologiyanın sürətli inteqrasiyası həm fərdi həyat tərzimizə, həm də cəmiyyətin ümumi strukturuna dərin təsir göstərir. Gələcəkdə süni intellektin təsir dairəsinin daha da genişlənəcəyi gözlənilir ki, bu da onun vacibliyini bir daha sübut edir.
Süni intellekt həyatımıza necə təsir edir? Nəzərə alsaq ki, Süni intellektlə bağlı bu il “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı da var.
Mövzuyla bağlı İT mütəxəssisi Elvin Abbasov "Referans"-ın suallarını cavablandırıb:
İlk olaraq Elvin Abbasov bildirib ki, süni intellekt artıq yalnız texnologiya deyil, bütün ictimai və iqtisadi sistemlərin ayrılmaz bir hissəsinə çevrilməkdədir. Gündəlik həyatda istifadə etdiyimiz ağıllı cihazlardan tutmuş, biznes proseslərinin avtomatlaşdırılması, səhiyyə, təhsil, kənd təsərrüfatı, nəqliyyat və s., kimi sektorlarda daha effektiv qərarların qəbuluna qədər geniş təsir imkanları mövcuddur. Bu texnologiya insanların rutin iş yükünü azaldır, resursların daha səmərəli istifadəsinə şərait yaradır və eyni zamanda daha şəffaf və məlumat əsaslı idarəetməyə keçidi sürətləndirir.
Daha sonra müsahibimiz qeyd edib ki, Azərbaycanın bu istiqamətdə atdığı strateji addımlardan biri də 2025 - 2028-ci illəri əhatə edən "Süni İntellekt Strategiyası"dır. Prezidentin bu sahədə imzaladığı Sərəncam, ölkədə süni intellekt texnologiyalarının hüquqi, etik və texnoloji çərçivədə inkişaf etdirilməsi üçün güclü zəmin yaradır. Bu sənəd texnoloji transformasiya deyil, eyni zamanda insan kapitalının hazırlanmasını, yerli innovasiya mühitinin gücləndirilməsini və süni intellektin təhlükəsiz istifadəsini təmin etməyə yönəlib. Bu baxımdan, Azərbaycan yaxın illərdə süni intellekti regional liderlik səviyyəsində tətbiq edən qabaqcıl ölkələrdən birinə çevirilmək potensialına malikdir.
"Son olaraq həmsöhbətimiz vurğulayıb ki, süni intellektin müxtəlif sahələr üzrə faydaları vardır. Faydaları ilə yanaşı süni intellektin mənfi təsirləridə danılmaz hallardan biridir"
Ləman Xalıqova
Referans
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta