AZ

Süni mayalanma yoxsa cəmiyyətin genetik gələcəyinə mənfi təsir edən proses?

Süni Mayalanma və Hüquqi Boşluqlar: Azərbaycanın Sağlamlığına Gələcək Təhlükə.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Sağlamlıq Mərkəzində Baş həkim müavini, TƏBİB tabeliyində fəliyyət göstərən Yeni Klinikada Baş həkim vəzifəsində, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında direktor vəzifələrində çalışmış Anestezioloq-reanimatoloq Cavid Paşayev öz feysbuk hesabında paylaşım edib.

Cavid
Cavid Paşayev

Son aylarda Azərbaycan ictimaiyyətində tibbi sahədə geniş müzakirələr doğuran mövzulardan biri saxta sənədlərlə fəaliyyət göstərən plastik cərrahlarla bağlıdır. Təəssüf ki, bu cərrahların vurduğu ziyanlar həm fiziki, həm də psixoloji baxımdan da dərhal görünür.

Amma daha az görünən, lakin daha dərin və uzunmüddətli təsiri olan bir məsələ də var: süni mayalanma və onun hüquqi tənzimlənməsindəki boşluqlar.

Bu məsələni gündəmə gətirmək heç də reproduktiv sağlamlıq sahəsində çalışan həkimlərin işinə kölgə salmaq va ya onların fəaliyyatini şübhə altına almaq məqsədi daşımır. Əksinə, məsələ ondadır ki, bu qədər həssas və cəmiyyətin genetik gələcəyinə birbaşa təsir edən bir proses yalnız fərdi həkim vicdanına buraxıla bilməz.

Süni

Reproduktiv Sağlamlıqla Baglı Qanun Boşluğu.

Hazırda Azərbaycanda reproduktiv sağlamlıq və süni mayalanma ilə bağlı ayrıca bir qanun yoxdur. Halbuki, bu sahə insan hüquqları, ailə dəyərləri və genetik tahlükəsizlik baxımından ciddi tənzimləmə tələb edir.

Məlumdur ki, 2017-ci ildən etibarən süni mayalanma ilə bağlı reklamların yayımı qanunla qadağan edilib. Amma, bu qadağa real nəzərət mexanizmi olmadan sadəcə formal bir bənd olaraq qalır. Reklamsız da olsa, bu xidmətlər geniş şəkildə təqdim olunur. Bəs kimlər tərəfindən, hansı tibbi və hüquqi əsasla?

Genetik Müşahidə və Sosial Risklər.

Ən qorxulusu isə budur ki, bu sahənin tənzimlənməməsi nəticəsində yaxın gələçəkdə irsi problemlərin, yanlış donor seçimlərinin və hətta qohumlar arasında fərqinə varmadan baş tutan nikahların sayı arta bilər. İyirmi il sonra nə qədər bacı-qardaşın bir-birindən xəbərsiz ailə quracağını, bu ailələrdə doğulacaq uşaqların hansı risklərlə üzləşəcəyini indidən hesablamaq belə mümkün deyil. Bəs bu zaman bunun məsuliyyətini kim daşıyacaq?

Seçilən
0
50
nocomment.az

10Mənbələr