AZ

"Avropa Liqasını qazanmaq "Mançester Yunayted"in mövsümünü həll etməyəcək"

Avropa Liqasının finalında "Mançester Yunayted" İngiltərə Premyer Liqasının digər təmsilçisi "Tottenhem"i ilə qarşılaşacaq.

90deqiqe.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim bu qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

"Hər kəs bilir ki, bu turnirdə qalib gəlmək mövsümümüzün pis gedişatını dəyişdirməyəcək. Ancaq bu qələbə gələcəkdə hər şeyi düzəltmək üçün ümid verə bilər".

"Qırmızı şeytanlar" və "Spurs" arasında final matçı bu gün Bilbaodakı stadionda baş tutacaq. Görüşün Bakı vaxtı ilə saat 23:00-da başlaması planlaşdırılır.

Xatırladaq ki, Premyer Liqada “Mançester Yunayted” 39 xalla cəmi 16-cı yerdədir.

Seçilən
0
25
90deqiqe.az

10Mənbələr