İngiltərə nəhəngi “Mançester Yunayted” cari mövsümdə İngiltərə Premyer Liqasında müstəsna antirekordu ilə diqqət mərkəzinə düşüb.
Arena.az məlumat verir ki, müvafiq antirekord “qırmızı şeytanlar”ın mövsümün 37-ci tur səfər oyununda “Çelsi”yə 0:1 hesablı məğlubiyyəti ilə gerçəkləşib.
Belə ki, “Mançester Yunayted”in, Premyer Liqa tarixində ilk dəfə olaraq, yarışı mövsüm ərzində bir dəfə də olsun ardıcıl iki qələbə qazanmadan bitirəcəyi məlum olub.
Ümumiyyətlə, Mançester klubu tarixən ən bərbad dövrlərindən birini, Premyer Liqa tarixində isə ən bərbad dövrünü yaşayır. İngiltərə nəhəngi 37 oyundan 39 xalla Premyer Liqanın yarış cədəvlinin 16-cı pilləsində qərarlaşıb.