Azərbaycandan zəvvar qrupları may ayının 25-31 tarixləri arası hər gün Həcc ziyarətinə yola düşəcəklər.
Bu barədə Publika.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, hər gün 1 təyyarə, yalnız ayın 29-da 2 təyyarə - səhər və axşam yola düşəcək.
"Bunun səbəbi təyyarələrin sərnişin daşıma tutumuyla əlaqəlidir. Belə ki, bəzi təyyarələr 180, bəziləri isə 135 nəfərlikdir".