AZ

Azərbaycan Həcc missiyasının üzvləri Məkkədədir

Mayın 18-i Azərbaycan Həcc missiyasının üzvləri hazırlıq işləri üçün Məkkəyə yollanıblar.

Bu barədə APA-ya açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

“Mən də daxil olmaqla, Azərbaycan Həcc missiyasının dörd üzvü azərbaycanlı zəvvarların qalacağı yerlər və digər təşkilati məsələlərlə bağlı Məkkəyə gəlmişik. Onların qarşılanması üçün hazırlıq işləri görürük”, – deyə o bildirib.

Azərbaycandan ilk zəvvar qrupu mayın 25-i Həcc ziyarətinə yola düşəcək. Digər zəvvar qrupları da mərhələli şəkildə Həcc ziyarətinə yola düşəcəklər.

Qeyd edək ki, Həcc ziyarətinə getmək istəyən şəxslərin sənəd qəbulu yanvarın 21-dən aktivləşdirilib və qısa zamanda dayandırılacağı bildirilib.

Xatırladaq ki, bir nəfər üçün ziyarət paketinin qiyməti 5950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Seçilən
0
50
heftelik.az

10Mənbələr