AZ

"Barselona" onun transferindən imtina etdi: Laporta açıqladı

“Barselona”nın prezidenti Xuan Laporta “Atletik”in futbolçusu Niko Uilyamsın transferi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Publika.az xəbər verir ki, Kataloniya klubunun rəhbəri AVRO-2024-ün qalibindən imtina etdiklərini açıqlayıb:

“Nikonu ötən yay Deni Olmo ilə birlikdə potensial transfer hədəfi kimi dəyərləndirmişdik. Amma hazırda klub fərqli futbolçuları nəzərdən keçirir”.

Qeyd edək ki, “Barsa” ötən yay 21 yaşlı ispaniyalını heyətinə qatmağa çalışsa da, danışıqlar uğursuz nəticələnmişdi.

Seçilən
0
8
publika.az

9Mənbələr