AZ

Olmonun agenti: “Daniel “Barselona”da xoşbəxtdir”

“Barselona”nın ispan yarımmüdafiəçisi Daniel Olmonun agenti Endi Bara müştərisinə “Mançester Siti”nin marağını şərh edib.

Arena.az jurnalist Patrik Bergerə istinadən, Baranın müvafiq açıqlamasını təqdim edir:

“Biz heç bir digər klubla danışıqlar aparmırıq. “Dani” indi “Barselona”da xoşbəxtdir. O, orada qənimətlər qazanır və əla bir komandanın bir hissəsidir. Bu şayiələr həqiqəti əks etdirmir. Amma əlbəttə, gələcəkdə nə olacağını heç vaxt bilmirsən”, deyə Olmonun agenti bu məsələdə “əlyeri” də qoyub.

“Barselona” Daniel Olmonu 2024-cü ilin avqust aynda 55 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda “Leypsiq”dən “blauqrana”nın heyətinə qatıb. İspan yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2030-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Olmo cari mövsümdə “Barselona”nın heyətində 37 oyuna çıxıb, 11 qola və 7 məhsuldar ötürməyə imza atıb.

Daniel Olmo 2019-cu ilin noyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 43 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə verib.

Daniel Olmonun qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı 5 Xorvatiya çempionluğu, 3 Xorvatiya Kuboku, “Leypsiq”lə əldə etdiyi 2 Almaniya Kuboku və 1 Almaniya Super Kuboku var. Həmçinin Olmo “Barselona” ilə İspaniya La Liqasını (2024/2025), İspaniya Kral Kubokunu (2024/2025), İspaniya Super Kubokunu (2024/2025) qazanıb. Milli komanda səviyyəsində Olmo İspaniya yığması ilə UEFA Millətlər Liqasının (2023) və Avropa çempionatının (2024) qalibi olub. Həmçinin Olmo “qırmızı qəzəb”in U-21 komandası ilə Avropa çempionluğunu (2019) qazanıb.

Fərdi uğurlara gəlincə, Olmo Zaqreb “Dinomo”sunda 2 dəfə ilin oyunçusu elan edilib və həmçinin 3 qolla AÇ-2024-ün ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 27 yaşlı Daniel Olmonun transfer dəyərini 60 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
8
arena.az

9Mənbələr