Fransanın Tuluza şəhərində keçirilən aerobika gimnastikası üzrə beynəlxalq turnirdə qarışıq cütlük proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.800 xal toplayaraq qızıl medal qazanıblar.
Operativ Media xəbər verir ki, böyüklərdən ibarət qrup - Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə Qurbanova və Xədicə Quliyeva 15.118 xalla gümüş medala layiq görülüblər. Gənclər kateqoriyasında çıxış edən üçlük - Evelina Kozlovskaya, Fidan İbrahimova və Leyla Əhmədova 16.250 xalla bürünc medalın sahibi olublar.
Böyüklərdən ibarət üçlük - Dilarə Qurbanova, Leyla Bejanova və Arzu Ağayeva isə 17.413 xalla turnirin bürünc mükafatçıları sırasında yer alıblar.