Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Fransanın Tuluza şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, yarışda qarışıq cütlük proqramında çıxış edən Mədinə Mustafayeva və Vladimir Dolmatov 19.800 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Böyüklərdən ibarət qrup - Mədinə Mustafayeva, Vladimir Dolmatov, Sara Əlixanlı, Dilarə Qurbanova və Xədicə Quliyeva 15.118 xalla ikinci yeri tutaraq gümüş mükafata layiq görülüb.
Gənclər kateqoriyasında çıxış edən üçlük - Evelina Kozlovskaya, Fidan İbrahimova və Leyla Əhmədova 16.250 xalla bürünc medalın sahibi olub.
Böyüklərdən ibarət üçlük - Dilarə Qurbanova, Leyla Bejanova və Arzu Ağayeva isə 17.413 xalla turnirin bürünc mükafatçıları sırasında yer alıb.