İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva çempion olub.
Aznews.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 11 yaşlı nəvəsi light sanda döyüşü üzrə mübarizədə rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.