
İtaliyanın Peruca şəhərində keçirilən kunq-fu üzrə dünya çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva çempion olub.
Reyting.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycan prezidenti İlham Əliyevin 11 yaşlı nəvəsi light sanda döyüşü üzrə mübarizədə rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan nümayəndə heyətinin tərkibində dövlət başçısının qızı Arzu Əliyeva da təmsil olunub.(APA)