AZ

Zelenskinini yenə tənqid edən Tramp Putinlə görüşməli olduğunu bildirdi


ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində Putinin Ukrayna prezidenti Vladimir Zelenski ilə cümə axşamı Türkiyədə görüşmək fürsətini əldən verməsi ilə bağlı sualı cavablandırarkən, Rusiya prezidenti Vladimir Putini Ukrayna ilə sülhə maneə adlandırdı. Bununla yanaşı ABŞ prezidenti bir daha Zelenskini tənqid edib:-"Qulaq asın, Zelenski ilə çox çətin söhbətim oldu, çünki onun dediklərini bəyənmədim və o, bunu asanlaşdırmaq istəmədi. Və mən həmişə deyirdim ki, onun heç bir kozu yoxdur, mən düzünü deyirəm. "Onun heç bir kozu yoxdur". Xüsusi elçi StivVitkoffu tərifləyən TrampPutinlə görüşməli olduğunu deyib. "O, danışıqlar masası arxasındadır və bu görüşü arzulayardı. Və mən həmişə hiss etmişəm ki, mənsiz görüş ola bilməz, çünki anlaşmanın olacağını düşünmürəm", -deyə Tramp bildirib. Eyni zamanda ABŞ prezidenti Rusiyaya qarşı daha əvvəl tətbiq edə biləcəyini bildirdiyi əlavə sanksiyalardan dadanışıb. O, əlavə sanksiyaların müzakirə olunduğunu bildirib. "Bunu həmişə ehtiyatımda saxlayıram. Lazım gələrsə, bundan istifadə edəcəyəm. Lakin bundan istifadə etməməyi üstün tuturam. "Yeri gəlmişkən, bu, çox vacibdir" deyə Tramp yekunlaşdırıb.

Surxay Əliyev

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr