AZ

Asiyada yeni COVID-19 dalğası yayılıb

Honq Konq və Sinqapurun səhiyyə orqanları, xəstəliyin yeni dalğası Asiyaya yayıldığı üçün COVID-19 hallarının kəskin artacağı barədə xəbərdarlıq edib...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.

Bu həftə şəhərin İctimai Sağlamlıq Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin müdiri Albert Au Honq Konqda virusun aktivliyi olduqca yüksəkdir deyib. Təsdiqlənmiş yoluxma hallarının sayı son bir ildə ən yüksək həddə çatıb və ağır yoluxma hallarının sayı da artıb.

Agentlik bildirir ki, halların artımı hələ son iki ildə müşahidə olunan infeksiyanın zirvəsinə çatmasa da, COVID ilə bağlı tibbi məsləhətləşmələrin və xəstəxanaya yerləşdirilmələrin sayı virusun sürətlə yayıldığını göstərir.

Sinqapurun Səhiyyə Nazirliyi yoluxmaların artmasını əhalidə immunitetin zəifləməsi ilə əlaqələndirib. Onlar qeyd ediblər ki, dövriyyədə olan variantların pandemiya dövründəkindən daha yoluxucu və ya daha ağır hallara səbəb olduğuna dair heç bir əlamət yoxdur.

Poliqon.info 

Seçilən
0
1
poliqon.info

10Mənbələr