AZ

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gedib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Albaniya baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.

Seçilən
0
49
far.az

10Mənbələr