AZ

İlham Əliyev Albaniyaya işgüzar səfərə gedib



Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gedib.


Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Albaniya Baş nazirinin müavini, infrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar.

Newscenter.az xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

Sevinc Mehdiyeva
Seçilən
0
49
newscenter.az

10Mənbələr