AZ

Zelenski Putindən danışdı: “Onun arxasınca dünyanın müxtəlif yerlərinə qaça bilmərik”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə birbaşa mesaj ünvanlayıb.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə Zelenski Ankarada keçirdiyi brifinqdə çıxışı zamanı danışıb.

“Əgər Putin danışıqlara həqiqətən hazırdırsa – gəlin görüşək. Biz onun arxasınca dünyanın müxtəlif guşələrinə qaça bilmərik”, – deyə Ukrayna prezidenti bildirib.

O eyni zamanda Rusiya nümayəndə heyətinin İstanbul danışıqlarında zəif təmsil olunmasına etirazını bildirib:

“Donald Tramp Marko Rubionu göndərir, Türkiyənin xarici işlər naziri buradadır, Ukraynanın xarici işlər naziri Sıbiqa da buradadır. Bəs Rusiya tərəfdən uyğun səviyyəli şəxslər haradadır? Bu, həm ABŞ-a, həm də Türkiyəyə hörmətsizlikdir”.

Zelenski əlavə edib ki, o, Putinə heç bir xüsusi təklif göndərməyib və beynəlxalq ictimaiyyətin tələbi ilə bu danışıqlara razılıq verib:

“Biz aramızda münasibətlər necə olur-olsun, bu danışıqlar təkcə bizim üçün yox, bütün dünya üçün önəmlidir”.

Seçilən
0
7
konkret.az

10Mənbələr