Bu barədə Zelenski Ankarada keçirdiyi brifinqdə çıxışı zamanı danışıb.
"Əgər Putin danışıqlara həqiqətən hazırdırsa - gəlin görüşək. Biz onun arxasınca dünyanın müxtəlif guşələrinə qaça bilmərik", - deyə Ukrayna prezidenti bildirib.
O eyni zamanda Rusiya nümayəndə heyətinin İstanbul danışıqlarında zəif təmsil olunmasına etirazını bildirib:
"Donald Tramp Marko Rubionu göndərir, Türkiyənin xarici işlər naziri buradadır, Ukraynanın xarici işlər naziri Sıbiqa da buradadır. Bəs Rusiya tərəfdən uyğun səviyyəli şəxslər haradadır? Bu, həm ABŞ-a, həm də Türkiyəyə hörmətsizlikdir".
Zelenski əlavə edib ki, o, Putinə heç bir xüsusi təklif göndərməyib və beynəlxalq ictimaiyyətin tələbi ilə bu danışıqlara razılıq verib:
"Biz aramızda münasibətlər necə olur-olsun, bu danışıqlar təkcə bizim üçün yox, bütün dünya üçün önəmlidir".