DÇ-2026-nın seçmə mərhələsinin İslandiya – Azərbaycan matçının keçirilmə yeri və vaxtı dəqiqləşib.
Sportinfo.az xəbər verir ki, D qrupunun ilk turu çərçivəsində baş tutacaq görüş Reykyavikdə keçiriləcək.
Oyun sentyabrın 5-də “Lauqardalsvollur” stadionunda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Millimiz İslandiya ilə yanaşı, Fransa və Ukrayna yığmaları ilə də yarışacaq.