AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:
09.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIV turun “Sabah” – “Şamaxı” oyununda əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” klubu 500 manat cərimə edilsin (maddə 70.1);
11.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIV turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” klubu 700 manat cərimə edilsin (maddə 37);
11.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIV turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);
11.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIV turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);
11.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIV turun “Kəpəz” – “Sumqayıt” oyununun 89-cu dəqiqəsində “Sumqayıt” klubunun 94 nömrəli oyunçusu Rəşad Əzizli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Sumqayıt” klubu 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32);
11.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIV turun “Kəpəz” – “Sumqayıt” oyununun 89-cu dəqiqəsində “Sumqayıt” klubunun 6 nömrəli oyunçusu Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Sumqayıt” klubu 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32);
saytlarin hazirlanmasi