AZ

AFFA Premyer Liqa klublarını cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:

09.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIV turun “Sabah” – “Şamaxı” oyununda əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” klubu 500 manat cərimə edilsin (maddə 70.1);

11.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIV turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” klubu 700 manat cərimə edilsin (maddə 37);

 

11.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIV turun “Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);

 

11.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIV turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra “Kəpəz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” klubu 1500 manat cərimə edilsin (maddə 52.2);

 

11.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIV turun “Kəpəz” – “Sumqayıt” oyununun 89-cu dəqiqəsində “Sumqayıt” klubunun 94 nömrəli oyunçusu Rəşad Əzizli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Sumqayıt” klubu 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32);

 

11.05.2025-ci il tarixində Misli Premyer Liqasında XXXIV turun “Kəpəz” – “Sumqayıt” oyununun 89-cu dəqiqəsində “Sumqayıt” klubunun 6 nömrəli oyunçusu Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalansın, “Sumqayıt” klubu 3000 manat cərimə edilsin. Sınaq müddəti 3 ay təyin edilsin (maddə 40.3, 32);

 

09.05.2025-ci il tarixində I Liqada XXV turun “Qaradağ Lökbatan” – “Difai” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilsin (maddə 37);

 

09.05.2025-ci il tarixində I Liqada XXV turun “Mingəçevir” – “İmişli” oyununda “İmişli” klubunun 6 futbolçusu sarı vərəqə aldığı üçün “İmişli” klubu 70 manat cərimə edilsin (maddə 37);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Şahdağ Qusar” – “Qusar” oyununda “Şahdağ Qusar” klubunda 7 nəfər sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 70 manat cərimə edilsin (maddə 37);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Şahdağ Qusar” – “Qusar” oyununda “Qusar” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qusar” komandası 70 manat cərimə edilsin (maddə 37);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Şahdağ Qusar” – “Qusar” oyunu “Qusar” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Qusar” komandası 150 manat cərimə edilsin (maddə 60.4);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Göygöl” – “Kür-Araz” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Göygöl” komandası 80 manat cərimə edilsin (maddə 74.1);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Göygöl” – “Kür-Araz” oyununun matçöncəsi iclasına polis nümayəndəsi gec gəldiyinə görə “Göygöl” komandası 40 manat cərimə edilsin (maddə 73.2);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Lerik” – “Şəmkir” oyununda “Şəmkir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” klubu 150 manat cərimə edilsin (maddə 52.2);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 88-ci dəqiqəsində “Dinamo” klubunun 55 nömrəli futbolçusu Əlisa İsayev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Dinamo” komandası 200 manat cərimə edilsin (maddə 43.1);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 90+4-cü dəqiqəsində “Dinamo” klubunun 7 nömrəli futbolçusu Əkbər Səfərzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Dinamo” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 90+4-cü dəqiqəsində “Ağdaş” klubunun 3 nömrəli futbolçusu Səbuhi Ağayev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Ağdaş” komandası 300 manat cərimə edilsin (maddə 40.3);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununun 90-cı dəqiqəsində “Ağdaş” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə intizamsızlıq edildiyinə görə “Ağdaş” klubu 400 manat cərimə edilsin (maddə 51.1);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Ağdaş” – “Dinamo” oyununda “Ağdaş” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Ağdaş” komandasına xəbərdarlıq edilsin (maddə 43.7);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Hypers Guba” – “Şimal” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 70 manat cərimə edilsin (maddə 37);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Hypers Guba” – “Şimal” oyununda “Hypers Guba” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” komandası 150 manat cərimə edilsin (maddə 52.2);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Hypers Guba” – “Şimal” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Hypers Guba” komandası 80 manat cərimə edilsin (maddə 51.2);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Sheki City” – “Araz Saatlı” oyununda “Sheki City” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilsin (maddə 37);

 

13.05.2025-ci il tarixində II Liqada XXV turun “Sheki City” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 37);

 

10.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Sabah-2” – “Şamaxı-2” oyununun 2-ci dəqiqəsində “Sabah-2” komandasının 94 nömrəli oyunçusu Rəvan Mirzəmmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Sabah-2” komandası 100 manat cərimə edilsin (maddə 41);

 

10.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Sabah-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şamaxı-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

 

11.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

 

11.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununun 59-cu dəqiqəsində “Turan Tovuz-2” komandasının 57 nömrəli futbolçusu Cavid Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Turan Tovuz-2” komandası 300 manat cərimə edilsin (maddə 40.3);

 

11.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununun 63-cü dəqiqəsində “Turan Tovuz-2” komandasının 42 nömrəli futbolçusu İsmayıl İsmayılov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Turan Tovuz-2” komandası 150 manat cərimə edilsin (maddə 39.1);

 

11.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununun 83-cü dəqiqəsində “Turan Tovuz-2” komandasının 97 nömrəli futbolçusu Fərid Cəfərov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Turan Tovuz-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

 

11.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Turan Tovuz-2” komandasında 3 futbolçu qırmızı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 300 manat cərimə edilsin (maddə 38);

 

11.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Turan Tovuz-2” – “Neftçi-2” oyunu bitdikdən sonra “Turan Tovuz-2” komandasının məşqçisi Ruslan Məmmədov hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalansın, “Turan Tovuz-2” komandası 400 manat cərimə edilsin (maddə 43.4);

 

11.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Turan Tovuz-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

 

11.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Səbail-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün  “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

 

12.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Kəpəz-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt-2” komandası 70 manat cərimə edilsin (maddə 37);

 

12.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Kəpəz-2” – “Sumqayıt-2” oyununun 39-cu dəqiqəsində “Kəpəz-2” komandasının 6 nömrəli futbolçusu Nemət Musayev təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, “Kəpəz-2” komandası 300 manat cərimə edilsin (maddə 40.3);

 

12.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Kəpəz-2” – “Sumqayıt-2” oyununda “Kəpəz-2” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz-2” komandasına xəbərdarlıq edilsin (maddə 43.7);

 

12.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyununun 1-ci dəqiqəsində “Qarabağ-2” komandasının 63 nömrəli futbolçusu Hacı İbrahim rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Qarabağ-2” komandası 100 manat cərimə edilsin (maddə 41);

 

12.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyunu bitdikdən sonra “Qarabağ-2” komandasının 45 nömrəli futbolçusu Nihad Mollayev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Qarabağ-2” komandası 200 manat cərimə edilsin (maddə 43.1);

 

12.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyununun 65-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 84 nömrəli futbolçusu Amin Ağayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);

 

12.05.2025-ci il tarixində Əvəzedicilər liqasında XXXIV turun “Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyunu bitdikdən sonra “Araz-Naxçıvan-2” komandasının 54 nömrəli futbolçusu Fərid Tağıyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Araz-Naxçıvan-2” komandası 200 manat cərimə edilsin (maddə 43.1);

 

13 may 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Göyəzən FK-Şirvan FK oyununda Şirvan FK komandasının heyətində N15 futbolçu Yusif Rufullazadə qarşılaşmanın 82-ci dəqiqəsində rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalansın (maddə 43.1);

 

13 may 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən Göyəzən FK-Şirvan FK oyununda qarşılaşmanın 90-cı dəqiqəsində Şirvan FK komandasının heyətində N4 futbolçu Xalid Mahmudov hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 42.2);

 

10 may 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Səbail PFK oyununda Kəpəz PFK komandasının heyətində N19 futbolçu Nihad İsaqov qarşılaşmanın 71-ci dəqiqəsində təcavüzkar davranışa(rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);

 

10 may 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Kəpəz PFK-Səbail PFK oyununda qarşılaşmanın 71-ci dəqiqəsində Səbail PFK komandasının heyətində N14 futbolçu Murad Muradzadə təcavüzkar davranışa(rəqibi əli ilə vurduğuna) görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın (maddə 40.3);

 

10 may 2025-ci il tarixində AFFA Gənclər Liqasında keçirilən Sumqayıt FK-Sabah FK oyunu bitdikdən sonra Sumqayıt FK komandasının heyətində N6 futbolçu Rəvan Məşiyev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 4 oyun cəzalansın (maddə 43.3);

 

11 may 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən Zirə PFK-Zirvə FK oyununda Zirə PFK komandasının heyətində N11 futbolçu Hüseyn Qurbanov qarşılaşmanın 40-cı dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);

 

10 may 2025-ci il tarixində AFFA U-11 Liqasında keçirilən İOEUGİM (Sumqayıt)– Uğur FK (Sumqayıt) oyununun 43-cü dəqiqəsində Uğur FK (Sumqayıt) komandasının məşqçisi  Rəşid Ağazadə meydana daxil olaraq hakimə kəskin formada etiraz etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün 2 oyun cəzalansın (maddə 42.3);

 

08.05.2025-ci il tarixində AFFA U-17 Qızlar Liqasının “Zaqatala” PFK  – “Şəfa” FK  oyunu “Zaqatala” PFK  komandasının heyətində yetərsay olmadığı üçün baş tutmadığına görə “Zaqatala” PFK  komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);

 

08.05.2025-ci il tarixində keçirilən futzal üzrə 2024-2025 Yüksək liqanın 17-ci turunun Şuşa - Baku Fire oyununda Baku Fire komandasının qapıçısı Cavad Məmmədov oyunun 28-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);

 

08.05.2025-ci il tarixində keçirilən futzal üzrə 2024-2025 Yüksək liqanın 17-ci turunun Şuşa - Baku Fire oyununda Baku Fire komandasının oyunçusu Fərid Ələkbərov oyunun 33-cu dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 41);

 

08.05.2025-ci il tarixində keçirilən futzal üzrə 2024-2025 Yüksək liqanın 17-ci turunun Yasamal Bakı – Araz Naxçıvan oyununda Yasamal Bakı komandasının oyunçusu Elmir Xəlilov oyunun 29-cu dəqiqəsində qeyri idman hərəkətinə görə 2-ci sarı vərəqə almaqla meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5).

 

10 may 2025 ci il tarixində AHFF-nin Həvəskarlar liqasının Laçın Mərkiz FK- İstiqlal FK oyunu geyimlərdə problemlər olduguna görə baş tutmadığı üçün hər iki komandaya xəbərdarlıq edilsin, oyun yenidən keçirilsin (maddə 11, 1)

 

11 may 2025 ci il tarixində keçirilən Həvəskarlar liqasının Gənclik İK- Ramana-2 FK oyununun 40cı dəqiqəsində Gənclik İK komandasının 25Nli oyunçusu Ümit Ünlü təcavüzkar davranışa (rəqibi yumruqla vurmaq və ya vurmağa cəhd) görə qırmızı vərəqə alaraq meydandan qovulduğuna görə 4 oyun cəzalansın (maddə 40.3);

 

11 may 2025 ci il tarixində keçirilən Həvəskarlar liqasının İCBFA- ROFM oyununun 47 ci dəqiqəsində  ROFM komandasının 21Nli oyunçusu Fuad Mərdanov  komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan qovulduğuna görə 3 oyun cəzalansın (maddə 43.1);

 

11 may 2025 ci il tarixində keçirilən Həvəskarlar liqasının İCBFA- ROFM oyununun İCBFA komandasının 8Nli oyunçusu Əli Əliyev oyunun 74 cü dəqiqəsində qeyri-idman hərəkətinə(2ci sarı vərəqə) görə meydandan qovulduğuna görə 1 oyun cəzalansın (maddə 36.5);

 

11 may 2025 ci il tarixində AHFF-nin Həvəskarlar liqasının Sparta FC- City Baku  oyununun 63 cü dəqiqəsində Sparta FC komandasının 15Nli oyunçusu Rəşad Mahmudov komanda yoldaşına  qarşı təhqiredici,qeyri etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulduğuna görə 3 oyun cəzalansın (maddə 43.1);

 

11 may 2025 ci il tarixində AHFF-nin Həvəskarlar liqasının Sparta FC- City Baku  oyununun 70ci dəqiqəsində Sparta FC komandasının 10Nli oyunçusu Anar Qarayev rəqib oyunçunu  vuraraq, təhqiredici,qeyri etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulduğuna görə 4 oyun cəzalansın (maddə 40.3);

 

11 may 2025 ci il tarixində AHFF-nin Həvəskarlar liqasının Sparta FC- City Baku  oyununun 70ci dəqiqəsində City Baku komandasının 22Nli oyunçusu Adıgözəl Abdullayev təhqiredici,qeyri etik ifadələr işlətdiyinə görə,qırmızı vərəqə ilə meydandan qovulduğuna görə 3 oyun cəzalansın (maddə 43.1);

 

11 may 2025 ci il tarixində AHFF-nin Həvəskarlar liqasının Sparta FC- City Baku  oyununun 70 ci dəqiqəsində Sparta FC komandasının 3Nli oyunçusu Sadiq Qarayev təhqiredici,qeyri etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan qovulduğuna görə 3 oyun cəzalansın (maddə 43.1);

 

11 may 2025 ci il tarixində AHFF-nin Həvəskarlar liqasının Sparta FC- City Baku oyunu bitdikdən sonra Spatta FC komandasının 5Nli oyunçusu Zaur Qarayev hakimlərə qeyri etik hərəkətlər etdiyinə görə qırmızı vərəqə ilə qovulduğuna, meydançadan çıxarkən hakimləri təhqir etdiyinə  görə 4 oyun cəzalansın (maddə 43.3).

I Liqa: XXVI turun təyinatları müəyyənləşib

Abbas Hüseynov: "Kişi və idman xarakterin oldusa..."

"Sumqayıt"a kim yaraşar: Uğuru, yoxsa pulu düşünən?

Emil Mustafayev: "İndidən başqa məsələ haqda düşünmürəm"

Əvəzedicilər Liqası: XXXV turun oyun cədvəli

Seçilən
0
3
apasport.az

10Mənbələr