AZ

Rəsmi Ankara Türkiyədə keçiriləcək Rusiya - Ukrayna müzakirələrinə ümid edir

Rəsmi Ankara Rusiya və Ukrayna arasında mayın 15-də Türkiyədə keçiriləcək müzakirələrlə bağlı ümidlidir.

“Report” xəbər verir ki, bu barədəı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “TRT Haber”ə müsahibəsində deyib.

O bildirib ki, savaş həm Rusiya, həm də Ukrayna iqtisadiyyatına ciddi təsir edib: “Tərəflər arasında atəşkəsin müsbət cəhətləri çox olacaq. ABŞ-dəki Donald Tramp hakimiyyətinin səylərini də təqdir edirik. Avropa ölkələri ilə dialoqu davam etdiririk”.

Qeyd edək ki, mayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə Rusiya və Ukrayna arasında ali səviyyədə görüşün keçirilməsi nəzərdə tutulur. Ağ Ev rəhbəri Donald Trampın da görüşdə iştirakı gözlənilir.

Seçilən
0
50
report.az

10Mənbələr