“Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları hələ ki, açıqlanmayıb”.
Hurriyyet.Az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prokurorluğu məlumat yayıb.
“Hazırda işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün bütün tədbirlər görülür. Qazaxıstanın Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə əsasən, ibtidai istintaq məlumatları açıqlanmır”, – deyə bildirilib.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın Aktau şəhərində AZAL-a məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Təyyarədə 5 ekipaj üzvü olmaqla, 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla, 38 nəfər həyatını itirib.
Fevralın 19-da Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bəyan edib ki, təhqiqat üzrə yekun hesabat 2025-ci ilin dekabrına kimi təqdim olunacaq.