
“Azərbaycan Hava Yollarına” (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qazaxıstanın Baş Nəqliyyat Prokurorluğu məlumat yayıb.
"Hazırda işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək üçün bütün tədbirlər görülür. Qazaxıstan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 201-ci maddəsinə əsasən, ibtidai istintaq məlumatları açıqlanmır", - məlumatda deyilir.