BAKI, 12 may. TELEQRAF
Avropa İttifaqı (Aİ) ABŞ-yə Çindən daha pis münasibət bəsləyir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Avropa İttifaqı bir çox cəhətdən Çindən daha pisdir", - ABŞ lideri qeyd edib.
Trampın sözlərinə görə, Aİ ölkələri ABŞ-yə "çox ədalətsiz münasibət bəsləyirlər". O, həmçinin Aİ tərəfindən güzəştlərin ediləcəyini və Avropa İttifaqının Birləşmiş Ştatlardan idxal maneələrini azaldacağını deyib.