"Microsoft Corp."un qurucusu Bill Qeyts qarşıdakı 20 ildə sərvətinin 99%-ini “dünyanın hər yerində insanların həyatını xilas etmək və yaxşılaşdırmağ”a sərf edəcək.
Yenisabah.az xəbər verir ki, ianələr 2045-ci ilin sonunda bitəcək və "Gates Foundation" qapadılacaq.
Milyarderin sərvəti hazırda 108 milyard dollar qiymətləndirilir.
Qeyts Fondu 2000-ci ildə Bill və Melinda Qeyts Fondu kimi yaradılıb (cütlük 2021-ci ildə boşanıb), lakin Melinda 2024-cü ildə fondu tərk etdikdən sonra adı dəyişdirilib. Onun təsisçilərinin ölümündən sonra bir neçə onillik ərzində bağlanacağı gözlənilirdi.
Telegram kanalımız