Ağdam rayon Birinci Yüzbaşılı kənd tam orta məktəbin 10-cu sinif şagirdi təhsil müəssisəsində nizam-intizam qaydalarına əməl etməyib, müəllimlərə qarşı uyğunsuz davranış nümayiş etdirib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq, Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, təhsil müəssisəsində sağlam emosional mühitin gücləndirilməsi məqsədilə rayon təhsil sektoru tərəfindən şagird, valideyn və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb, şagird hazırda dərslərdə iştirak edir.
Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən məktəblinin tədris prosesindən uzaqlaşdırılması ilə bağlı görüntülər yayılıb.