Ağdam rayon Birinci Yüzbaşılı kənd tam orta məktəbin 10-cu sinif şagirdi təhsil müəssisəsində nizam-intizam qaydalarına əməl etməyib, müəllimlərə qarşı uyğunsuz davranış nümayiş etdirib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.
"Təhsil müəssisəsində sağlam emosional mühitin gücləndirilməsi məqsədilə rayon təhsil sektoru tərəfindən şagird, valideyn və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb. Sözügedən məktəblinin tədris prosesindən uzaqlaşdırılması ilə bağlı yayılan görüntülər bir neçə gün bundan əvvəl lentə alınıb. Şagird hazırda dərslərdə iştirak edir", - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, mediada sözügedən məktəb şagirdinin direktor tərəfindən bir həftə ərzində dərsə buraxılmadığını əks etdirən görüntülər yayılıb.