“Sabah” ölkə çempionatlarında 150-ci ev qolunu vurub.
"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 34-cü turuna təsadüf edib. “Şamaxı” ilə görüşdə (3:1) komandasının sonuncu qoluna imza atan Pavol Şafranko yubiley qolunun müəllifi olub. Bakı klubu 104-cü ev matçında 150-yə çatıb.
Qeyd edək ki, “Sabah”ın premyer-liqada ilk ev qolu 2018-ci il sentyabrın 19-da keçirilən “Sumqayıt”la matça (1:4) təsadüf edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta