AZ

“Sabah” evdə 150-ci qola sevindi

Premyer Liqada qeyri-sabit mövsüm keçirən “Sabah” komandası Azərbaycan çempionatlarında 150-ci ev qolunu vurub.

Arena.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 34-cü turuna təsadüf edib.

“Şamaxı” ilə görüşdə (3:1) komandasının sonuncu qoluna imza atan Pavol Şafranko yubiley qolunun müəllifi olub. Bakı klubu 104-cü ev matçında 150-yə çatıb.

Qeyd edək ki, “Sabah”ın Premyer Liqada ilk ev qolu 2018-ci il sentyabrın 19-da keçirilən “Sumqayıt”la matça (1:4) təsadüf edib.

Seçilən
0
10
arena.az

10Mənbələr