“Bizi böyük həftə gözləyir”.
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında Rusiya və Ukrayna arasında münaqişənin gedişatını şərh edərkən yazıb.
Tərəflər arasında atəşkəs perspektivini qiymətləndirən Tramp bu addımın yüzminlərlə insan həyatının xilas olacağına yol açacağını bildirib.
“Rusiya və Ukrayna üçün potensial olaraq böyük gün gəlir. Bu, tamamilə yeni, əvvəlkindən xeyli yaxşı dünya olacaq. Bunun baş erməsi üçün hər iki tərəflə işləməyə davam edəcəyəm. Böyük həftə qədəm qoyur” , – deyə o vurğulayıb.
Qeyd edək ki, ötən gün Ukrayna Prezidenti 30 günlük atəşkəsə hazır olduqların bildirmiş, Rusiya Prezidenti Vladimir Putin Kiyevi birbaşa danışıqları bərpa etməyə çağırmışdı.