AZ

Türkiyədə ağır yol qəzası olub

Türkiyənin Antalya şəhərində turistləri daşıyan avtobusla minik maşınının toqquşması nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Hakimiyyet.az xəbər verir ki, hadisə Alanya rayonunda qeydə alınıb.

Xəsarat alanlardan altısı turist, ölən şəxslərdən biri isə Polşa əsillidir.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralananlar xəstəxanaya yerləşdiriliblər.

Seçilən
0
4
hakimiyyet.az

10Mənbələr