AZ

Türkiyədə ağır yol qəzası olub, iki nəfər ölüb, yeddi nəfər yaralanıb

Türkiyənin Antalya şəhərində turistləri daşıyan avtobusla minik maşınının toqquşması nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Alanya rayonunda qeydə alınıb.

Xəsarat alanlardan altısı turist, ölən şəxslərdən biri isə Polşa əsillidir.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yaralananlar xəstəxanaya yerləşdiriliblər.

Seçilən
0
4
report.az

10Mənbələr