AZ

Lənkəranda avtomobil 10 yaşlı uşağı vurub

Lənkəranda baş verən qəzada məktəbli xəsarət alıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi piyada 10 yaşlı M.A-nı vurub.

Xəsarət alan məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi müvafiq şöbədə davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
0
8
ucnoqta.az

9Mənbələr