Ajans.az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Şovu kəndi ərazisində baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi piyada 10 yaşlı M.A-nı vurub. Xəsarət alan məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub. Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib. Müalicəsi müvafiq şöbədə davam etdirilir. Faktla bağlı araşdırma aparılır.