Türkiyə Super Liqasında çıxış edən "Qaziantep” baş məşqçi Selçuk İnanla yolları ayırıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


40 yaşlı mütəxəssis 2023/2024 mövsümündən Qaziantep klubunu çalışdırırdı.


"Qaziantep” İnanın rəhbərliyi altında Türkiyə Super Liqasının cari mövsümündə meydana çıxdığı 33 matçda 12 qələbə qazanıb, 6 heç-heçə edib. Bu görüşlərin 15-də məğlubiyyətlə üzləşən komanda hazırda 42 xalla 12-ci pillədədir.