AZ

Türkiyə Super Liqası klubu baş məşqçisi ilə yolları ayırıb

Türkiyə Super Liqasında çıxış edən "Qaziantepspor" klubu baş məşqçi Selçuk İnanla yolları ayırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

40 yaşlı mütəxəssis 2023/2024 mövsümündən Qaziantep klubunu çalışdırırdı.

Qeyd edək ki, "Qaziantepspor" S.İnanın rəhbərliyi altında Türkiyə Super Liqasının cari mövsümdə meydana çıxdığı 33 matçda 12 qələbə qazanıb, 6 heç-heçə edib. Bu görüşlərin 15-də məğlubiyyətlə üzləşən komanda hazırda 42 xalla 12-ci pillədədir.

Seçilən
0
6
bakivaxti.az

10Mənbələr