Azərbaycan parapauerliftinqçisi Zəhra Dadaşova (61 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.
Publika.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
İdmançı ən yaxşı qaldırmada 80 kq nəticə göstərərk ikinci olub.