Bakı. Trend:
Parapauerliftinqçilərimiz mayın 10-12-də Gürcüstanın paytaxtıTbilisidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək.
Trend xəbər verir ki,komandamız turnirə 6 idmançı ilə yollanıb.
Yarışda kişi idmançılarımızdan Pərvin Məmmədov (49 kq), RəsulZəkiyev (88 kq), Şamo Aslanov (+107 kq) və Talib Zeynalov (+107kq), qadınlardan isə Zəhra Dadaşova (61 kq) ilə Leyla Kərimova (73kq) mübarizə aparacaqlar.